İngiltərədə futbol qalmaqalı: Klubun icraçı direktoru həbs olundu

17:57 - 26 Aprel 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” və bir neçə gün öncə Premyer Liqaya vəsiqə əldə edən “Nyukasl”ın stadionlarına polis basqın edib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə polisin “Nyukasl”ın baş direktoru Li Çarlini həbs etdiyi qeyd olunub.

 

Basqının səbəbinin maliyyə məsələləriylə bağlı olduğu deyilir. Böyük Britaniya vergi idarəsi zabitlərinin İngiltərə və Fransada apardıqları axtarışlar zamanı müxtəlif sənədlər, maliyyə hesabatları, kompüter və telefonlar müsadirə olunmaqla yanaşı, L.Çarnli vergi və gömrük ödənişlərindən yayınması ilə bağlı dindirilib.

Xəbər xətti