"Qarabağ"ın hücumçusu ölkəsində ən yaxşı seçildi

18:23 - 26 Aprel 2017

“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində mükafatlandırılıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard Cənubi Afrika Respublikasının (CAR) legioner həyatı yaşayan futbolçuları arasında martın ən yaxşısı seçilib.

 

Qeyd edək ki, Ndlovu mart ayında Ağdam klubunun heyətində 4 oyunda meydana çıxıb və 2 qol vurub.

Xəbər xətti