Qvardioladan Dele Alli açıqlaması: "Poçettino sakit olsun"

19:14 - 26 Aprel 2017

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Tottenhem"in futbolçusu Dele Alli ilə maraqlandıqlarının həqiqəti əks etdirmədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, ispan çalışdırıcı ingilis yarımmüdafiəçinin yaxşı futbolçu olduğunu, lakin planlarına daxil olmadığını bildirib. 46 yaşlı çalışdırıcı yayda Dele Allini transfer etməyəcəklərini və "Tottenhem"in baş məşqçisi Maurisiyo Poçettinonun arxayın olmasını istəyib.

 

"Sky Sports"a danışan Qvardiola "Poçettino sakit olsun. Növbəti mövsüm də Dele Alli yeni onun futbolçusu olacaq. Bundan olduqca əminəm. Onu istəmirik" deyə fikir bildirib.

 

O, daha sonra "Alli möhtəşəm futbolçudu. Çox əzmkar oyunçudu. Həyatımda gördüyüm ən istedadlı futbolçulardan biridi. Amma "Mançester Siti" Dele Allini istəmir" deyərək fikirlərini yekunlaşdırıb.

Xəbər xətti