Braziliyalı əfsanə: "Maradona və Messidən daha yaxşı futbolçu idim"

19:44 - 26 Aprel 2017

Braziliyalı futbol əfsanəsi Romario futbol oynadığı dövrlərdə Dieqo Maradona və Lionel Messidən daha yaxşı performans göstərdiyini bildirib.

 

Sportal.az xəbər verir ki, futbol tarixinin ən yaxşı qolçularından hesab edilən "sambaçı" argentinalı əfsanə Maradona, "Barselona"nın futbolçuları Messi və Neymar haqqında ölkəsinin mətbuatına açıqlama verib.O, Neymarın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu deyib:

 

"Deyə bilərəm ki, Maradona və Messidən daha yaxşı futbolçu idim. Klub və milli komandadakı oyununa görə isə hazırda ən yaxşı futbolçu Neymardı.Messinin ən yaxşı olması üçün dünya çempionu olmağa ehtiyacı var".

 

Qeyd edək ki, Romario Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu tituluna yiələnib.

Xəbər xətti