DÇ-2018-də videotəkrardan istifadə olunacaq

00:08 - 27 Aprel 2017

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında videotəkrardan istifadə olunacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın prezidenti Canni İnfantino verib. O bildirib ki, yenilik haqda yalnız müsbət rəylər alıblar: “Bunadək bir sıra turnirlərdə və yoxlama oyunlarında videotəkrardan istifadə etmişik və müsbət nəticələr almışıq. Buna görə də Rusiyada keçiriləcək dünya çempionatında videotəkrardan istifadə etmək qərarına gəldik”.

 

Qeyd edək ki, videotəkrardan rəsmi olaraq ilk dəfə klublarlararası dünya çempionatının yarımfinalında keçirilən “Atletiko Nasional” – “Kaşima” oyununda istifadə edilib.

Xəbər xətti