Felipe Melo yenə qalmaqala səbəb oldu VİDEO

11:59 - 27 Aprel 2017

Braziliya millisinin üzvü Felipe Melo növbəti dəfə qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, "Palmeyras"ın yarımmüdafiəçisi Libertadores kubokunda "Penarol"la matçda rəqib futbolçularla dalaşıb. Uruqvay təmsilçisi ilə oyunun sonlarında futbolçu yumruqlarını işə salıb. Melo və "Penarol" futbolçularını təhlükəsizlik işçiləri ayırıblar. Daha sonra paltardəyişmə otağına qaçan oyunçu davanı orada da davam etdirib.

 

Qeyd edək ki, Melo açıqlamasında "Qalib gəlmək üçün uruqvayılara yumruq belə ataram" demişdi. Davaya da məhz bu səbəb göstərilir.

 

Xəbər xətti