Kərim Diniyevin durumuna aydınlıq gəldi

12:46 - 27 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVII turunda AZAL-a qarşı matçda zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyev tam sağalmayıb. Oyunun ilk yarısında zədələndiyindən əvəzlənən futbolçu müayinədən keçib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kərimin sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb.  

 

Dünən hazırlıqda iştirak edə bilməyən yarımmüdafiəçi bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır. 

Xəbər xətti