Advokat Hollandiya yığmasında? - açıqlama

13:05 - 27 Aprel 2017

Danni Blindin gedişindən sonra Hollandiya yığmasının yeni baş məşqçisi hazırda "Fənərbaxça"nın çalışdıran Dik Advokatın olacağı gözlənilir.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu iddialara münasibət bildirib: "Artıq klub çalışdırmayacağımı söyləmişdim. Hollandiya futbol federasiyası ilə görüşmüşəm. Onlara cavab verəcəm".

 

Hollandiya mətbuatı Advokatın millinin "sükanı arxası"na keçəcəyini yazıb. Onun köməkçisi isə məşhur futbolçu Ruud Qullit olacaq.

 

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 1992/94 və 2002/04-cü illərdə Hollandiya yığmasını çalışdırıb.

Xəbər xətti