Albaniya millisinin üzvü Premyer Liqamızda

13:29 - 27 Aprel 2017

"PAS Giannina"nın futbolçusu Andi Lila karyerasını Azərbaycanda davam etdirəcək.
 
Sportal.az
xəbər verir ki,  Albaniya yığmasının üzvü Azərbaycan klublarının birindən təklif alıb. Lina hazırkı komandası ilə müqavilə müddətini uzatmayacaq və karyerasını ölkəmizdə davam etdirəcək. Onun hansı komanda ilə danışıqlar apardığı isə açıqlanmayıb.
 
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. Lina həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti