"Qalatasaray" Volkan Dəmirələ görə sərt cəzaya məruz qaldı

17:40 - 27 Aprel 2017

Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi "Qalatasray"ı cəzalandırıb.

 

Sportal.az xəbər verir NİK İstanbul nəhənginə 1 oyunluq cəza verib. Belə ki, "sarı qırmızılar" "Fənərbaxça" ilə derbi oyununda azarkeşlərinin etdiyi hərəkətlərə gözə cəzalanıb. Qərara görə, "cim-bom" XXX turda "Kasımpaşa" ilə oyunu azarkeşsiz keçirməli olacaq.

 

Qeyd edək ki, ötən həftə baş tutan derbidən "Fənərbaxça" son dəqiqələrdə vurduğu qol sayəsində minimal hesablı (1-0) qələbə qazanmışdı. 

Xəbər xətti