Cənubi Amerika dünya çempionatında əlavə 2 yer alacaq

18:16 - 27 Aprel 2017

Cənubi Amerika yığmaları DÇ-2026-da əlavə iki komanda ilə təmsil oluna biləcəklər.
 

Sportal.az xəbər verir ki, FİFA bu zonaya DÇ-nin final mərhələsinə 6,5 vəsiqə verəcək. Bu barədə məlumatı FİFA prezidenti Canni İnfantino verib.
 

KONMEBOL 2026-cı ildə DÇ-yə 6 komandanı birbaşa göndərəcək. Bir komanda isə pley-off qarşılaşması keçirməli olacaq.
 
Hazırda Cənubi Amerikaya DÇ-nin final mərhələsinə 4,5 vəsiqə verilir. FİFA DÇ-2026-da komandaların sayını 32-dən 48-ə qaldırmağı planlaşdırır.

Xəbər xətti