I Divizionda bombardir bəlli oldu

19:43 - 27 Aprel 2017

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2016/2017-ci illər mövsümünə yükun vurulub.

 

Sportal.az xəbər verir ki, başa çatan mövsümün bombardiri müəyyənləşib. Çempionatın ən sərrast oyunçusu “Zaqatala” klubunun üzvü Oruc Balaşlıdı.

 

Balaşlı mövsüm ərzində 27 qol vurmağa müvəffəq olub.

Xəbər xətti