Messi: "Yalnız bir dəfə rəqibdən forma istəmişəm"

00:31 - 28 Aprel 2017

"Barselona"nın ulduz futbolçusu Lionel Messi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz karyerası ərzində yalnız 1 dəfə rəqib futbolçudan formasını istədiyini bildirib: 

 

“Digər futbolçularla forma dəyişən oyunçulardan deyiləm. Yalnız 1 dəfə rəqib oyunçudan forma istəmişəm. Həmin futbolçu isə Zinəddin Zidan olub. Digər hallarda isə meydanda olan argentinalılarla formamı dəyişirəm. Quti Hernandes 2 dəfə məndən forma dəyişməyi istəyib. Həm “Nou Kamp”da, həm də “Santyaqo Bernabeu”dakı görüşdən sonra formaları dəyişmişdik. Quti hər zaman mənim barədə müsbət fikirlər söyləyib”.

Xəbər xətti