"Yuventus" Kuadradonu cəzalandıracaq - sirri yaydığına görə

00:41 - 28 Aprel 2017

"Yuventus" futbolçusu Xuan Kuadradonu cəzalandıracaq.

 

Sportal.az xəbər verir ki, buna futbolçunun icazəsiz iş görməsi səbəb olub. Belə ki, kolumbiyalı futbolçu şəxsi “instaqram” hesabında “Yuventus” formasında şəklini paylaşıb. Ancaq məsələ burasındadı ki, Kuadradonun əynindəki forma klubun hazırkı geyimdən fərqlidi. Formanın üzərində isə klubun bir müddət öncə təqdim edilmiş yeni loqosu var.

 

Yarımmüdafiəçi şəkili paylaşdıqdan bir qədər sonra onu silib. Bu da onu deməyə əsas verir ki, Kuadrado səhvən “Yuventus”un yeni mövsüm üçün nəzərdə tutulmuş formasını klubdan öncə tanıdıb. Onun paylaşımı məhz klub rəhbərliyinin göstərişi ilə sildiyi güman olunur.

 

İtaliya mətbuatının yaydığı xəbərə görə Turin təmsilçisinin rəhbərliyi bu hərəkətinə görə futbolçunu bir müddətlik əsas komandada uzaqlaşdıracaq. 

 

Xəbər xətti