Mançester derbisində qalib müəyyənləşmədi VİDEO

01:15 - 28 Aprel 2017

İngiltərə Premyer Liqasında 26-cı turdan təxirə salınmış 1 oyun keçirilib. 

 

Sportal.az xəbər verir ki, “Mançester Siti” öz meydanında əzəli rəqibi “Mançester Yunayted”i qəbul edib. Böyük maraqla gözlənilən Mançester derbisində qapılara qol vurulmayıb. 

 

Qeyd edək ki, 33 oyundan sonra “Mançester Siti” 65 xalla dördüncü, “Yunayted” isə 64 xalla beşinci pillədə qərarlaşıb. Lider isə 78 xalla "Çelsi"dir. "Zadəganlar"dan 4 xal geri qalan Londonun digər təmsilçisi "Tottenhem" isə 2-cidir.

 

“Mançester Siti” - “Mançester Yunayted” 0:0

Qırmızı vərəqə: Fellaini, 84 (“Mançester Yunayted”)

 

Xəbər xətti