Mahmudov "Boavişta"dan ayrılır: "Rusiyaya qayıda bilər"

10:28 - 28 Aprel 2017

"Mahmudovun "Boavişta" ilə 1 illik müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, futbolçu az oynayır və oyun praktikasından əziyyət çəkir. Buna görə də Eminin başqa kluba keçmək ehtimalı yüksəkdir. Hətta yenidən Rusiyaya qayıda bilər".

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin futbolçusu Emin Mahmudovun agenti Aleksandr Manyakova məxsusdur. 

 

Rusiyanın “Sovetski Sport” nəşrinə müsahibə verən Manyakov futbolçunun gələcək karyerasından danışıb. O bildirib ki, Mahmudov karyerasını Avropada davam etdirmək niyyətindədir:

 

"Emin üçün əsas prinsipial məsələ oyun praktikasıdır. Əlbəttə ki, öncə Portuqaliya klublarından olan təklifləri dəyərləndirəcəyik. Artıq ailəsi də onunla birlikdədir və ölkəni çox sevirlər. Biz ya onun transfer hüququnu “Boavişta”dan alacağıq, ya da icarə üçün variantlar axtarırıq. Əgər Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq".

 

Agent bildirib ki, Mahmudov mövsümün sonuna qədər "Boavişta"nın bir neçə oyununda iştirak edəcək:

 

"Son matçda start heyətində başladı. Məncə, meydanda olduğu müddətdə pis oynamadı. Ümid edirəm ki, o, mövsümün son 5 oyununda da oynamaq şansı qazanacaq. Əsas məsələ ələ düşən imkanlardan maksimum istifadə etmək və yeni mövsümə ciddi hazırlaşmaqdır".

 

Qeyd edək ki, Mahmudov bu mövsüm “Boavişta” forması ilə meydana çıxdığı 8 oyunda 1 qol vurub.

Xəbər xətti