Kamran Ağayev "Səbail"ə keçir? - AÇIQLAMA

11:56 - 28 Aprel 2017

Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev məşqlərini bərpa edib. “Boavişta”dan ayrıldıqdan sonra klubsuz qalan qolkiper hazırda “Bayıl Arena”da millinin qapıçı məşqçisi Faiq Əzizovun rəhbərliyi altında hazırlaşır. Bir neçə gündür ki, zədəli olan Kamran iki gündür ki, yüngül məşqlərə start verib.

 

Kamran zədəli olduğu vaxt isə belə bir iddia ortaya atılmışdı ki, qolkiper elitaya gəlməsi demək olar ki, həllini tapan “Səbail”də oynayacaq.

 

Sportal.az xəbər verir ki, bu məsələ ilə bağlı Futbol11.az saytına danışan Ağayev bildirib ki, heç bir klubla danışığa getməyib və ortaya atılanlar sadəcə iddiadır.

Xəbər xətti