Erməni futbolçu "Qalatasaray"da? - açıqlama

15:34 - 28 Aprel 2017

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray"ın transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Ermənistanın "Şirak" klubunda forma geyinən Vahan Bıçakçıyanı rənglərinə bağlamaq istəyir. İddialara görə, "sarı qırmızılar"ın rəhbərliyi uzun müddətdir ki, skautlar tərəfindən izlənilən 18 yaşlı futbolçu ilə danışıqlara rəsmən başlayıb. 

 

Ancaq klub rəsmi saytı vasitəsi ilə yayılan xəbərləri təkzib edib. Bildirilib ki, Bıçakçıyan Türkiyə klubuna satmayacaq:

 

"Şirak" klubu olaraq heç bir Türkiyə klubundan təklif almamışıq. Əgər təklif olsa belə, futbolçumuz və ya klubumuz bu keçidə razılıq verməyəcək".

 

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi bu mövsüm "Şirak"ın heyətində 16 oyuna 4 qol vurub. Gənc oyunçu oyun stilinə görə "Mançester Siti"də forma geyinən Kevin De Brüyneyə bənzədilir. 

Xəbər xətti