Ramil Şeydayevə görə klub prezidenti tənqid edildi

16:00 - 28 Aprel 2017

“Trabzonspor”un vitse-prezidenti Nevzat Aydın klubun prezident Muharrem Ustanı tənqid edib.

 

Sportal.az xəbər verir ki, o, sosial şəbəkə hesabında klub rəhbəri haqda sərt yazı yazıb. Aydın mövsümün əvvəlində edilən transferlərə görə Ustanı günahlandırıb:

 

“Klubda transfer işlərini görən işçilər Muahrem Ustanın rəhbərliyi ilə İbanes, Hyun-Yun Suk və Ramil Şeydayevi aldılar. Mövsümün başlamasına az qalmış gördüm ki, vəziyyət yaxşı deyil. Özüm bu işlərə qarışdım.Aldıqları futbolçular heç də qanedici deyildi. Kastilyo, Duritsa, Bero və Onazi transferlərini isə mən etdim. Avrokuboklara vəsiqə qazanacağımızı söz verməyimizə baxmayaraq, bütün yükü üzərimə götürdüm”.

 

Xatırladaq ki, “Trabzonspor” Şeydayevi qış fasiləsində Slovakiyanın “Jilina” klubuna icarəyə verib. Millimizin üzvü Super Liqada cəmi 1 oyunda iştirak edib.

Xəbər xətti