Vidiç: "Prosineçkininin oyununu dəfələrlə izləyirdim"

16:59 - 28 Aprel 2017

“Mançester Yunayted”in sabiq futbolçusu Nemanya Vidiç millimizin baş məşqçisi Robert Prosineçki haqda fikirlər səsləndirib.

 

Sportal.az xəbər verir ki, serbiyalı veteran futbolçu ölkəsinin mətbuatına müsahibəsində Prosineçkinin "Srvena Zvezda”da oynayarkən çıxışını dəfələrlə izlədiyini bildirib:

 

“Bizim evimiz Belqraddan 200 km uzaqda idi. Şəhərimizdə isə əzəli rəqiblər - “Srvena Zvezda” və “Partizan”ın çoxlu azarkeşi vardı. “Srvena Zvezda” isə mənim xəyallarımın klubu idi. Darko Pançev, Robert Prosineçki, Deyan Saviçeviç, Vladimir Yuqoviç kimi oyunçuların çıxışını dəfələrlə izləyirdim. Həmin futbolçuların oyunlarını diskə yazıb baxırdım”.

 

Qeyd edək ki, Prosineçki 1987-1991-ci illərdə "Srvena Zvezda”da oynayıb.

Xəbər xətti