Mourinyo: "Suonsi" ilə qarşılaşmada özüm oynaya bilərəm"

19:34 - 28 Aprel 2017

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdəki zədəli futbolçuların sayının çox olmasından şikayətlənib. O bildirib ki, bazar günü "Suonsi"yə qarşı keçirəcəkləri matçda özü meydana çıxa bilər:

 

"Müdafiə xəttində problemlərimiz var. Son vaxtlar məşqlərdə çox ciddi çalışmışam. Ola bilər ki, "Suonsi" ilə qarşılaşmada özüm oynayaram".

 

Qeyd edək ki, hazırda "qırmızı-şeytanlar"ın heyətində Fosu-Mensah, Zlatan İbrahimoviç, Pol Poqba, Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədədən əziyyət çəkirlər.

Xəbər xətti