Şeydayev qol vurdu, "Jilina" uduzdu

00:00 - 29 Aprel 2017

Slovakiya çempionatında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Jilina" səfərdə "Tençin"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və sonadək oynayıb. O, 21-ci dəqiqədə hesabı açsa da, komandası sonrakı dəqiqələrdə iki qol buraxdığından, məğlub olub.

 

Ötən tur çempionluğunu rəsmiləşdirmiş "Jilina" 61 xalla çempionatın vahid lideridir.

Xəbər xətti