Super Liqanın qalibi məlum oldu

01:31 - 29 Aprel 2017

İsveçrə Super Liqasında cari mövsümün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, çempioantın başa çatmasına 6 tur qalmış "Bazel" çempionluğunu bayram edib. Super Liqanın 30-cu turunda səfərdə "Lütsern"i 2:1 hesabı ilə məğlub edən "Bazel" 2-ci pillədəki "Yanq Boyz"la xal fərqini 24-ə yüksəldib.

 

Bununla da "Bazel" ardıcıl 8-ci, ümumilikdə isə 20-ci çempionluğunu qazanıb.

Xəbər xətti