"Qarabağ" "Neftçi"ni məğlub etdi, "Zirə" avrokuboklarda YENİLƏNİB

18:50 - 29 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqada mövsümün son turuna start verilib.

 

Sportal.az xəbər verir ki, mövsümün sonuncu - 28-ci turunun bütün oyunları bu gün keçirilir. Bu tur Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olub.

 

“Qarabağ” “Qəbələ” və “İnter”dən sonra “Zirə” də avrokuboklara vəsiqə qazanıb. Ayxan Abbasovun komandası buna səfərdə autsayder AZAL-ı 3 - 0 hesabı ilə məğlub etməklə nail olub. 

 

“Kəpəz”in də Avroliqaya vəsiqə qazanmaq şansı qalırdı. Gəncə təmsilçisi doğma meydanda "İnter"i minaml hesabla məğlub etsə də, “Zirə”nin AZAL-a qalib gəlməsi onların planlarını alt-üst edib.

 

Günün digər görüşündə isə  “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Hər iki komanda üçün formal xarakter daşıyan qarşılaşma meydan sahiblərinin 2 - 1 hesablı qələbəsiylə başa çatıb. 

 

Günün və mövsümün son oyununda isə “Qarabağ” “Neftçi”nin qonağı olacaq. Bu qarşılaşma da nə çempion “Qarabağ”, nə də 7-ci pillədə qərarlaşan “Neftçi” üçün böyük əhəmiyyət kəsb edir.

 

16:00 “Kəpəz” – “İnter” 1:0

QO: Dario Federiko, 49

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
 
16:00 “Sumqayıt” – “Qəbələ” 2:1

QOL: Amil Yunanov, 27, Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
“Kapital Bank Arena”

 
16:00 AZAL – “Zirə” 0:3

QOL: Elvin Məmmədov, 34, Milan Duriç, 54, Təmkin Xəlilzadə, 83 (pen)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“AZAL Arena”

 

17:00 “Neftçi” – “Qarabağ” 1:2

QOL: İqnasio Herrera, 89Riçard Almeyda, 47, Ruslan Abışov, 61 (öz qapısına)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”

Xəbər xətti