Ayxan Abbasov: "Çalışacağıq ki, yeni transferlər olsun"

19:13 - 29 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVIII trunda “Zirə” səfərdə AZAL-ı məğlub edib – 0:3.

 

Sportal.az xəbər verir ki, oyundan sonra qalib komandanın baş məşqçisi  Ayxan Abbasov fikirlərini bildirib.

 

- AZAL-a və Tərlan Əhmədova uğurlar arzu edirəm. Çempionatın son matçı idi. Avrokuboklara son ana kimi mübarizə gedirdi, buna hazır idik. İstədiyimizə nail olduq. Rəhbərlik bizə hər cür şərait yaratmışdı, onların etimadını doğrultmağa çalışdıq. Ağır oyunlar oldu. Sevinirik ki, cəmi 2 oyunda məğlub olduq. Döyüşkən komanda yaratmaq istəyirdik, buna nail olduq. Qarşımıza qoyulan məqsədə çatdıq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq. 

 

- Hazırkı büdcə avrokuboklarda uğurlu çıxış etmək olar?

- Bu oyuna köklənmişdik. Avropada arenasında çıxış etmək üçün çıxış üçün daha da güclənmək lazımdı. Bunu həm də növbəti çempionata da aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun.

 

- Ən çox hansı mövqeyə oyunçu transfer etmək istəyirsiniz?

- İlboyu komandamızda rəqabət var idi. Amma bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı analiz edib, qərara gələcəyik. Hər möveyə ehtiyac var.

 

- Təmkin Xəlilzadəyə iddialı klublardan təklif var... 

- Hamının Təmkindən danışması sevindiricidi. Onunla 2 gündü söhbət edirəm ki, təkliflər onu aldatmasın. Bu gün ona oynamaq lazımdı. Çalışacağıq ki, komandada saxlayaq, amma son sözü özü deyəcək. 

Xəbər xətti