"Qarabağ", "Qəbələ" və "Neftçi" medallarına qovuşdu

00:32 - 30 Aprel 2017

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion “Qarabağ”a kubok və qızıl medallar, “Qəbələ”yə gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim olunub.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın bu gün keçirilən “Neftçi”- “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan mərasimdə əvəzedicilər medallarına qovuşublar.

 

Medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.

Xəbər xətti