Pavel Paşayev 90 dəqiqə oynadı

01:13 - 30 Aprel 2017

Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Stal" səfərdə "Vorskla" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyuna start heyətdə başlayan Paşayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Stal" 27 turdan sonra 31 xalla ikinci altılıqda yer alıb. Komanda elitada qalmaq uğrunda mübarizə aparır. 

Xəbər xətti