Təbriz klubu səfərdə məğlub oldu

13:49 - 30 Aprel 2017

Futbol üzrə İran Pro Liqasında 29-ci turun oyunları keçirilib. 
 

Sportal.az xəbər verir ki, Təbrizi təmsil edən klublardan biri - "Traktor Sazi" də növbəti oyununa çıxıb. Sözügedən komanda səfərdə "Sepahan"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.
 

Qeyd edək ki, "Traktor Sazi" hazırda 53 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti