44 yaşlı qapıçının son dəqiqə qolu komandasına xal qazandırdı VİDEO

15:52 - 30 Aprel 2017

Meksika II liqasında baş tutan “Paçuka” – “Kruz Azul” matçının son dəqiqələrində maraqlı hadisələr baş verib.

 

Sportal.az xəbər verir ki, oyunun son dəqiqələrində qonaqlar 1:2 hesabı ilə öndə olub. Lakin, “Paçuka”nın qapıçısı Oskar Perez “Kruz Azul”un qələbə qazanmasına imkan verməyib.

 

44 yaşlı “çərçivə qoruyucu”su oyunun son saniyələrində komandasının künc zərbəsindən quracağı hücum zamanı önə çıxıb. O, küncdən ötürülən topu dəqiq baş zərbəsi ilə qapıdan keçirib və vurduğu qol sayəsind komandasına 1 xal qazandırıb.

 

Xəbər xətti