Eddi İsrafilovun oynadığı matçda komandası qalib gəldi

17:44 - 30 Aprel 2017

İspaniya ikinci liqasında 36-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" səfərdə "Alkorkon"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 2 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Eddi bu görüşün 85-ci dəqiqəsində meydana çıxıb. 

 

Qeyd edək ki, "Kadis" 36 turdan sonra 57 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti