Nağıyev oynadı, "Dnepr" qalib gəldi

00:46 - 1 May 2017

Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" səfərdə "Volın"la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Nağıyev bu görüşə də start heyətdə başlayıb və sonadək oynayıb.

 

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 18 xalla 5-ci pillədə qərarlaşıb. 

Xəbər xətti