Amil Yunanovdan yubiley qolu

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, o, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.

 

“Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.

 

Qeyd edək ki, “Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.

Tarix: 1 May [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio