Klublarımızın avrokuboklardakı oyunlarının TƏQVİMİ

14:50 - 1 May 2017

Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” təmsil edəcək. Premyer Liqanın qalibi olan “Qarabağ” Çempionlar Liqasında, digər klublarımız isə Avropa Liqasında çıxış edəcəklər. Ağdam klubu ÇL-də II təsnifat mərhələsindən başlayacaq.  “Qəbələ”, “İnter” və “Zirə” Avropa Liqasında I təsnifat mərhələsindən start verəcəklər.

 

Sportal.az xəbər verir ki, klublarımızın rəqibləri iyunun 19-da məlum olacaq. Həmin gün Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması keçiriləcək.

 

UEFA Çempionlar Liqasının 2017/18 mövsümünün təqvimi:

 

19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması 
27–28 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
04–05 iyul: I təsnifat mərhələsi, cavab oyunları 
11–12 iyul:  II təsnifat mərhələsi, ilk oyunlar
14 iyul: III təsnifat mərhələsinin püşkatması 
18–19 iyul: II təsnifat mərhələsi, cavab oyunları
25–26 iyul: III təsnifat mərhələsi, ilk oyunlar
01–02 avqust: III təsnifat mərhələsi, cavab oyunları
4 avqust: “Play-off”mərhələsinin püşkatması
15–16 avqust: “Play off” mərhələsi, ilk oyunlar
22–23 avqust: “Play off” mərhələsi, cavab oyunları
24 avqust: Qrup mərhələsinin püşkatması

Qrup mərhələsinin matçları sentyabr-dekabr aylarında olacaq.

 

UEFA Avropa Liqasının 2017/18 mövsümünün təqvimi:


19 iyun: I və II təsnifat mərhələlərinin püşkatması
29 iyun: I təsnifat mərhələsi, ilk oyunlar
6 iyul: I təsnifat mərhələsi, cavab oyunları

13 iyul: II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul: III təsnifat mərhələsinin püşkatması

20 iyul: II təsnifat mərhələsi, cavab oyunları

27 iyul: III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust: III təsnifat mərhələsi, cavab oyunları

4 avqust: "Play off" mərhələsinin püşkatması

17 avqust: "play off" mərhələsi, ilk oyunlar

24 avqust: "play off" mərhələsi, cavab oyunları
25 avqust: Avropa Liqasının qrup mərhələsinin püşkatması

Qrup matçları sentyabr-dekabraylarında keçiriləcək.

Xəbər xətti