"Neftçi" məşqçiləri ilə yolları ayırdı

15:51 - 1 May 2017

"Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə iclas keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda "Neftçi”nin Azərbaycan Premyer Liqası və ölkə kubokunda çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin hesabatları dinlənilib. "Zirə” ilə XXVIl tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət qəti narazılıqla qarşılanıb. Həmçinin, "Neftçi”nin məşqçiləri – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı verilmiş qərar təsdiqlənib.

 

Komandanın məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.

Xəbər xətti