"Qalatasaray" Pepeyə "elçi düşdü"

18:37 - 1 May 2017

“Qalatasaray” “Real”ın portuqaliyalı futbolçusu Pepeyə təklif göndərəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilib ki, müdafiənin mərkəzində sıxıntıları olan “Cim Bom” futbolçuya 2 illik saziş təklif edəcək. İstanbul klubu Pepeyə ilinə 4 milyon avro məvacib ödəməyə hazırdır.

 

Qeyd edək ki, Çin klublarının da maraqlandığı oyunçunun Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitir.

Xəbər xətti