"Qalatasaray" millimizin üzvünün komandasını darmadağın etdi

00:04 - 2 May 2017

Türkiyə Super Liqasında 29-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son matçında milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 5 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Dəniz Yılmaz bu görüşdə iştirak etməyib. Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 29 turdan sonra aktivində 35 xal olan "Bursaspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti