Robert Prosineçki yenidən "Bursaspor"un gündəmində

10:12 - 2 May 2017

“Bursaspor”un doğma meydanında “Qalatasaray”a 0:5 hesabı ilə uduzmasından sonra komandanın baş məşqçisi Mutlu Topçu istefa verib.

 

Sportal.az xəbər verir ki, çempionatın sonuna 5 tur qalmış komandanı müvəqqəti olaraq Adnan Örnək çalışdıracaq.

 

Türkiyə mətbuatı Bursa təmsilçisinin Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən hələ də vaz keçmədiyini yazıb. İddialara görə, klubun prezidenti Ali Ayın gələn mövsüm üçün planları xorvatiyalı mütəxəssislə bağlıdı. Əgər prezident növbədənkənar iclas tələb edib, istefa verməsə, Prosineçkini komandaya gətirməyə çalışacaq. Məlumata görə, rəhbərlik bu həftə Prosineçki ilə növbəti dəfə görüşəcək.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi ilin sonunda başa çatacaq.

Xəbər xətti