“Mançester Yunayted”in ulduz futbolçusu Zlatan İbrahimoviç əməliyyat edilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsi qarşılaşmasında zədələnən hücumçu dizindən əməliyyat olunub.
35 yaşlı forvardın son durumu ilə bağlı onun agenti Mino Rayola məlumat verib. Məşhur agent Zlatanın uğurlu əməliyyat keçirdiyini və minimum 9 ay yaşıl meydanlardan kənar qalacağını söyləyib. Agent İbranın karyerasını bitirməyəcəyini və yaşıl meydanlara dönəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna 17 qol vurub.