Finalda ən çox uduzan ulduz futbolçular FOTOLAR

15:07 - 2 May 2017

Sportal.az saytı karyerası ərzində ən çox final oyunlarında məğlub olan ulduz futbolçuları təqdim edir:

 

Aryen Robben

 

Hollandiya futbolunun son dönəmlərdə yetişdirdiyi əsas simalarından olan Aryen Robben 2 dəfə ÇL-nin finalında uduzub. Robben 2010-cu il dünya çempionatının həlledici qarşılaşmasında İspaniya ilə oyunda da kuboku əldən verib.

 

Image result for arjen robben world cup 2014

 

Lionel Messi

 

Dünya və Argentina futbolunun ulduzu Lionel Messi 4 dəfə final oyunlarında uduzub. Messi üç dəfə Kopa Amerika və bir dəfə də dünya çempionatının finalında qızıl medala həsrət qalıb.

 

Image result for messi world cup loss

 

Mixael Ballak

 

Almaniya futbolunun unudulmaz simalarından olan Mixael Ballak 4 dəfə finalda uduzub. “Bavariya” və “Bayer”lə bir dəfə Çempionlar Liqasının finalında məğlub olan Ballak Almaniya millisi ilə dünya və Avropa çempionatının həlledici qarşılaşmasında məyus olub.

 

Image result for ballack lose

 

Zinəddin Zidan

 

Fransalı əfsanə Zinəddin Zidan “Bordo” ilə iki dəfə UEFA kubokunun finalında, “Yuventus”la bir dəfə ÇL-nin həlledici görüşündə uduzub. Zidan 2006-cı ildə dünya çempionatının finalında qızıl medala həsrət qalıb.

 

Image result for zidane lose 2006

 

Alessandro Del Pyero

 

İtaliya futbolunun unudulmazlarından olan Alessandro Del Pyero “Yuventus”la üç ÇL və bir UEFA Super kubokunun finalınında uduzub. Del Pyero İtaliya millisinin heyətində bir Avropa çempionatının finalında məğlub olub.

 

Image result for del piero lose

 

Paolo Maldini

 

İtaliya futbolunun yetişdirdiyi məşhur müdafiəçilərdən biri olan Paolo Maldini “Milan”la üç dəfə ÇL finalında, İtaliya millisi ilə bir Avropa və bir dünya çempionatının həlledici qarşılaşmasında məyus olub.

 

Image result for maldini lose final

 

Xavyer Zanetti

 

“İnter”in unudulmaz oyunçusu olan Zanetti “İnter”lə bir UEFA kuboku finalını, Argentina yığması ilə iki Kopa Amerika və iki Konfedarasiyalar kubokunu uduzub.

 

Image result for zanetti lose final

Xəbər xətti