Millimizin baş məşqçisinin mətbuat konfransının vaxtı açıqlandı

İslam oyunlarında iştirak edəcək Azərbaycanın U-23 millisinin mətbuat üçün açıq məşqinin vaxtı məlum olub. Həmçinin, U-23-ün baş məşqçisi Yaşar Vahabzadənin mətbuat konfransının vaxtı da açıqlanıb.

 

Sportal.az xəbər verir ki, mayın 3-də, saat 12:00-da Mərdəkan qəsəbəsindəki AFFA futbol mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzinin meydanında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mətbuat nümayəndələri üçün açıq məşqi olacaq. Məşq başa çatdıqdan dərhal sonra isə məşq mərkəzinin konfrans zalında baş məşqçi Yaşar Vahabzadənin mətbuat konfransı keçiriləcək.

Tarix: 2 May [19:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 İyun 2017
28  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio