Robert Prosineçki bu dəfə "Sevilya"nın hədəfində

11:04 - 3 May 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin adı bu dəfə İspaniyanın “Sevilya” klubu ilə hallanıb.

 

Sportal.az xəbər verir ki, adı Türkiyənin “Bursaspor” klubu ilə də hallanan mütəxəssisi baş məşqçi postuna “Sevilya” gətirmək istəyir. Əndəlusiya təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli mövsüm başa çatdıqdan sonra Argentina millisinin “sükanı arxası”na keçəcək. İspaniya klubu boş qalan vəzifəyə Prosineçkini gətirmək istəyir.

 

“Sevilya”nın Prosineçki ilə maraqlanması “Bursaspor”un 48 yaşlı mütəxəssislə görüşünü ləngidib.

 

Xatırladaq ki, Prosineçkinin adı “Valensiya” ilə də hallanırdı.

Xəbər xətti