Birinci Divizionda aprel ayının ən gözəl 5 qolu VİDEO

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası ilə yanaşı, Birinci Divizion yarışlarını da daim diqqətdə saxlayır.

 

Sportal.az xəbər verir ki, sözügedən qurum artıq 6-cı dəfə Birinci Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik. Birinci Divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar.

 

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdu. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir.

 

Aprel ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, PFL-in rəsmi saytına seçiminizi edə bilərsiz. Sorğu 10 maya qədər qüvvədə olacaq.

 

Tarix: 3 May [12:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio