Ronaldo: "Azarkeşlərdən məni fitə basmamalarını istədim"

12:53 - 3 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real” “Atletiko”nu darmadağın edərək (3:0) final yolunda inamlı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, matç başa çatandan sonra qalib komandanın oyunçuları fikirlərini bildiriblər:

 

Kriştiano Ronaldo: “Finala çıxmaq üçün möhtəşəm nəticə əldə etmişik. Ancaq hər şey bitməyib, cavab oyunu da var. Məncə, “Atletiko” geridönüş etməyi bacaran komandadır. Qol sevncmə gəlincə, azarkeşlərdən məni fitə basmamalarını istədim. Mən onlar üçün hər şey etməyə çalışıram”.

 

Toni Kroos: “Yaxşı fürsət əldə etmişik. Düzünü desəm, oyunun belə alınacağını gözləmirdim. Ronaldoya gəlincə, o, möhtəşəm idi. Yaxşı müdafiə olunarsan, həmçinin yarımmüdafiədə də yaxşı çıxış edərsən, amma hücumda qol vurmağı bacaran bir futbolçu olmalıdır ki, komanda bütöv bir şəkildə olsun. Ronaldo isə bunu hər zaman edir”.

 

Kərim Benzema: “Əla matç idi. Böyük bir komandaya qarşı əla bir matç keçirdik və onlara ən yaxşının biz olduğunu göstərdik. Əvvəl də qeyd etdiyimiz kimi, önümüzdəki bütün oyunlar bizim üçün finala bərabərdir. Biz həmin oyunlardan qalib ayrılmaq istəyirik”. 

Xəbər xətti