"Real"a 40 milyon avroluq mükafat

18:51 - 3 May 2017

Madridin "Real" klubu böyük məbləğdə mükafat əldə edəcək. 

 

Sportal.az xəbər verir ki, "kral klubu" cari mövsüm La Liqada və Çempionlar Liqasında birinci olsa, komandaya 40 milyon avro mükafat veriləcək. Bunu İspaniya mətbuatına açıqlamasında klubun prezidenti Florentino Peres deyib. O, digər müklafatların olacağını da gizlətməyib.

 

Qeyd edək ki, Madrid təmsilçisi hazırda La Liqada bir oyun az keçirməklə "Barselona" ilə yeni xala malikdir, Çempionlar Liqasında isə yarımfinal mərhələsindədir. 

Xəbər xətti