Millinin futbolçusu dəlixanaya yerləşdirildi

17:56 - 3 May 2017

“Everton”un futbolçusu Aaron Lennon dəlixanaya yerləşdirilib.

 

Sportal.az xəbər verir ki, Mançester polisi aprelin 30-da gələn zəngdən sonra yollandıqları ərazidə 30 yaşlı futbolçunu yolun kənarında tapıblar. Polislər Lennonu stressdən əziyyət çəkdiyini görərək dəlixanaya aparıblar.

 

Polisin yaydığı açıqlamada Lennonun streslə bağlı müalicə aldığı bildirilib.

 

Məlumatı Lennonun çıxış etdiyi "Everton" klubu da təsdiqləyib.

 

Qeyd edək ki, Lennon bu mövsüm 11 oyun keçirib. O, sonuncu dəfə fevralın 11-də "Midlzbro"ya qarşı oynayıb. Lennon 2006/13-cü illərdə İngiltərə yığmasının heyətində 21 qarşılaşmada meydanda olub.

Xəbər xətti