"Bursaspor"a Prosineçki yox, Mourinyo da gəlsə heç nə edə bilməyəcək"

00:28 - 4 May 2017

Türkiyəli Veteran futbolçu, son olaraq “Dənizlispor”da çalışan Ali Tandoğan maraqlı açıqlama ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, o, ölkəsinin mətbuatına verdiyi açıqlamada millimizin baş məşqçisi Robert Prosineçkinin adını “Bursaspor”la birgə hallanmasına münasibət bildirib.

 

O, Prosineçkinin “Bursaspor”da heç bir iş görəcəyinə inanmadığını deyib:

 

“Hazırda “Bursaspor”a Prosineçki yox, Mourinyo da gəlsə heç nə edə bilməyəcək. Bildiyiniz kimi, Prosineçki “Kayserispor”dan göndərilib. Əcnəbi baş məşqçi məsələsinə qarşıyam, amma təbii ki, Prosineçki gələ bilər. Bu, mənim fikrimcə, təzyiqdən qaçmaqdır. İllərdi ki, əcnəbi məşqçilər gəlir. Lakin ürəkli olub, yerlilərə güvənmək lazımdır. İnşallah, xarici məşqçilərin ölkəmizə gəlməsinə imkan verməyəcəyik. Əcnəbi məşqçilər bizim gənc nəsil üçün böyük əngəldir”.

 

Qeyd edək ki, Prosineçkinin gələn mövsümün əvvəlində “Bursaspor”un “sükanı arxası”na keçəcəyi iddia edilir.

Xəbər xətti