"Zirə"də azarkeşlərlə görüş

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov martın 1-də komandanın azarkeşləri ilə görüşmüşdü.

 

Sportal.az xəbər verir ki, həmin görüşdə hər kəsin birgə arzusu belə olmuşdu ki, “qartallar” Avropa Liqasına vəsiqə qazanarsa, yenidən belə bir görüş keçirilsin.

 

Bu gün Abbasovla yanaşı, icraçı direktor Natiq İsmayılov və Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov azarkeşlərlə görüşüb. Görüşdə müxtəlif yaşlarda olan “Zirə” azarkeşləri iştirak edib. Baş məşqçi Ayxan Abbasov klub adından fanatlara göstərdikləri dəstəyə görə təşəkkür edib. Mütəxəssis qazanılan uğurda onların xidmətinin çox olduğunu bildirib. Azarkeşlər də öz növbəsində klub rəhbərliyinə, baş məşqçiyə və futbolçulara qazanılan nəticələrə görə minnətdar olduqlarını dilə gətiriblər. Həmçinin, onları maraqlandıran sualları ünvanlayılar. 

 

Sonda ən yaşlı “Zirə” azarkeşi ilə komandanın ən azyaşlı fanatı üzərində “qartallar”ın loqosu təsvir olunan tortu kəsiblər.

Tarix: 4 May [01:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2017
20  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio