Filip Ozobiç "Neftçi"yə keçir? ÖZƏL

09:46 - 4 May 2017

İki il ərzində ölkə futbolunun flaqmanından autsayderinə çevril(dil)ən “Neftçi” növbəti mövsüm üçün transfer hazırlıqlarına artıq indidən başlayıb. Sportal.az-a daxil olan məlumata görə, “Neftçi” “Qəbələ”nin əsas oyunçularından olan Filip Ozobiçi heyətinə qatmaq istəyir. 

 

İlk növbədə onu qeyd eləmək lazımdır ki, Ozobiçin “Qəbələ” ilə hələ bir illik müqaviləsi qalır. Amma mənbə bildirir ki, Filip Ozobiç “Qəbələ”də hətta Azərbaycan şərtlərinə görə aşağı məbləğə çıxış eləyir. “Neftçi” isə ona sərfəli şərtlərlə müqavilə təklif eləyir. Təbii ki, bu transferin gerçəkləşməsi üçün “Qəbələ”yə də pul ödənməlidir. Deyilənlərə inansaq, “Neftçi” bu keçidi millinin baş məşqçisi Robert Prosineçkinin köməkliyi ilə həyata keçirmək niyyətindədir. Yəqin düşünürlər ki, Ozobiç həmyerlisinin sözünü qəribçiliyə salmaz. Amma o da bəllidir ki, “Qəbələ” heç bir halda ən yaxşı futbolçusu ilə vidalaşmaq fikrində deyil.

 

Qeyd edək ki, “Qəbələ”yə mövsümün əvvəlində “Slaven”dən (Xorvatiya) gələn Filip Ozobiç Premyer Liqada 26 oyun keçirib və 11 qola imza atıb. O, “İnter”in forvardı Rauf Əliyevlə birlikdə mövsümün ən məhsuldar futbolçusu olub. Yeri gəlmişkən, bu, Ozobiçin karyerasında ən məhsuldar mövsüm olub. O, “Slaven”in heyətində son 3 mövsümdə 9 qol (2013/14–2, 2014/15–3, 2015/16-4) qol vurmuşdu.

 

Xəbər xətti