Jardim: "Mbappe bunu öyrənməlidi"

11:39 - 4 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında doğma meydanında “Yuventus”a 0:2 heabı ilə uduzan “Monako”nun baş məşqçisi Leonardo Jardim oyun haqda danışıb.

 

Sportal.az portuqaliyalı mütəxəssisin açıqlamalarını təqdim edir:

 

“Komanda yaxşı performans sərgilədi. Oyunçularımı tənqid etmək istəmirəm. Güclü rəqibə qarşı oynadıq. İstənilən komanda üçün “Yuventus”a qarşı oynamaq çətin olar. Kilian Mbappe yetərincə boşluq tapmadı, amma bunu öyrənməlidi. Buffon isə inanılmaz seyvlər etdi və “Yuventus”un qələbəsində böyük pay sahibi oldu.

 

Finala çıxmaq istəyiriksə, buna inanmalıyıq. Kiçik bir şans varsa, inanmaq lazımdı. Liqada “Nansi”ni məğlub etməli, Turinə yüksək əhval ruhiyyədə yollanmalıyıq”.

Xəbər xətti