FİFA-nın yeni reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?

12:22 - 4 May 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 386 xalla 87-ci yerdə qərarlaşıb.

 

Komandamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü (0),  Şimali İrlandiya 823 xalla 26-cı (0),  Çexiya 679 xalla 46-cı (0), Norveç 387 xalla 86-cı (0), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1672 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.

Xəbər xətti